Masallı MKTB-də 104 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallı MKTB-də 104 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Qafar Ağayev13:01 - 29 / 01 / 2024
Masallı MKTB-də 104 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu 1news.az-a barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı qeyd olunan müəssisənin 2021-2023-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən birliyin vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulandan artıq və əsassız ödənişlərin aparılması yolu ilə dövlət büdcəsinə məxsus ümumilikdə 104 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Paylaş:
292

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər