Həftəsonu vətəndaşlardan 6 silah götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftəsonu vətəndaşlardan 6 silah götürülüb

10:17 - 29 / 01 / 2024
Həftəsonu vətəndaşlardan 6 silah götürülüb

Polis əməkdaşları həftəsonu vətəndaşlardan 6 silah götürüb.

Bu barədə1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 27-28 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 220 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, həftəsonu polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 4 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 45 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Paylaş:
215

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər