Tovuz sakinindən tapança-pulemyot götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz sakinindən tapança-pulemyot götürülüb

Qafar Ağayev12:48 - 29 / 01 / 2024
Tovuz sakinindən tapança-pulemyot götürülüb

Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nuru Tağıyev saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun üzərindən 1 ədəd atəşə yararlı, “EAGLE” markalı tapança-pulemyot, 1 ədəd həmin silaha aid daraq və 3 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
298

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər