Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin yeni sədrini kollektivə təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin yeni sədrini kollektivə təqdim edib

Qafar Ağayev14:25 - 30 / 01 / 2024
Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin yeni sədrini kollektivə təqdim edib

Yanvarın 30-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Xanlar Ağalarovu kollektivə təqdim edib.

1news.az xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Bakı şəhərinin unikal memarlıq xüsusiyyətlərinin bir hissəsi olan Dənizkənarı Milli Parkın paytaxtımızın tarixini və müasir simasını əks etdirən möhtəşəm kompleks, sakinlərimizin və qonaqlarımızın ən çox üz tutduqları gəzinti və istirahət yerlərindən biri olduğunu bildirib.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim Dənizkənarı Milli Parkın inkişafı məsələlərini diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının bilavasitə nəzarəti altında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri nəticəsində dünya miqyaslı mədəniyyət incisinə çevrilmiş Bakı bulvarının ərazisi 215 hektara, uzunluğu isə 16,7 kilometrə çatdırılıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 2008-ci il yanvarın 10-da imzaladığı Fərmanla yaradılmış Dənizkənarı Bulvar İdarəsi Bakı şəhərində yerləşən Milli Parkın mühafizəsini həyata keçirən, onun ərazisinə nəzarət edən və idarə olunması, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən qurumdur. Bu vəzifələrin səmərəli şəkildə icrası üçün daha əzmlə, məsuliyyətlə çalışmağın vacib olduğunu diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına uğurlar arzulayıb.

Paylaş:
289

Son xəbərlər

Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02
Bütün xəbərlər