Agentlik sədri: Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi fərqli sistemlə olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik sədri: Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi fərqli sistemlə olacaq

15:09 - 30 / 01 / 2024
Agentlik sədri: Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi fərqli sistemlə olacaq

Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi fərqli bir sistemlə olacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, artıq bununla bağlı hazırlıq işləri görülür:

"Elektron sistem üzərində, yeni meyarların müəyyən edilməsi üzrə iş aparılır. Yeni müayinə mərkəzində müasir avadanlıqlarrın quraşdırılması istiqamətində işlər görülür".

Agentlik sədri vurğulayıb ki, dövlət başçısının müvafiq fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər