İmtahandan sonra halı pisləşən tələbə vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İmtahandan sonra halı pisləşən tələbə vəfat edib

Qafar Ağayev16:27 - 30 / 01 / 2024
İmtahandan sonra halı pisləşən tələbə vəfat edib

30.01.2024-cü il tarixində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Nəcəfzadə Xumar Uqab qızı imtahandan sonra halı pisləşib və dünyasını dəyişib.

Bu barədə 1news.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər