TKTA-dan xarici diplomların tanınması ilə bağlı XƏBƏRDARLIQ: Məlumatı yalnız rəsmi mənbədən əldə edin
“Son zamanlar bəzi şəxslər və özəl şirkətlər vətəndaşları xarici ölkələrdə əldə edilmiş təhsil sənədlərinin tanınması istiqamətində yanlış istiqamətləndirirlər”.
Bu barədə 1news.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Xarici dövlətlərdə əldə olunan kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları əsasında tamamilə elektron qaydada Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
Xarici kvalifikasiyaların tanınmasına dair etibarlı məlumatı yalnız Agentliyin rəsmi saytından www.tkta.edu.az və sosial media səhifələrindən əldə edə bilərsiniz.