Sürix-Sinqapur reysini həyata keçirən təyyarə Bakı hava limanına təcili eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürix-Sinqapur reysini həyata keçirən təyyarə Bakı hava limanına təcili eniş edib

Qafar Ağayev12:21 - 30 / 01 / 2024
Sürix-Sinqapur reysini həyata keçirən təyyarə Bakı hava limanına təcili eniş edib

"Swiss International Air Lines" aviaşirkətinin Sürix-Sinqapur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

1news.az xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (insult).

"Boeing 777" təyyarəsi yerli vaxtı ilə saat 06:53-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Paylaş:
369

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər