32 yaşlı kişi ilə nikahsız yaşayan yeniyetmə qız Polis Şöbəsinə dəvət edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

32 yaşlı kişi ilə nikahsız yaşayan yeniyetmə qız Polis Şöbəsinə dəvət edilib - VİDEO

15:03 - 31 / 01 / 2024
32 yaşlı kişi ilə nikahsız yaşayan yeniyetmə qız Polis Şöbəsinə dəvət edilib - VİDEO

Daxili İşlər Nazirliyi Mingəçevirdə 16 yaşlı qızla 32 yaşlı kişinin evlənməsi ilə bağlı məlumatlara münasibət bildirib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, ötən il rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü D.V Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər: “Onlarla profilaktik iş aparılıb. Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq”.

Qeyd edək ki, qanunvericiliyə görə, 16 yaşı tamam olmuş şəxslə könüllü şəkildə intim münasibətdə olmaq cinayət məsuliyyəti yaratmır. Həmçinin 17 yaşı tamam olmuş şəxslər rəsmi nikaha daxil ola bilərlər.

Xatırladaq ki, Baku TV-də Ruslan və Yeganə cütlüyünün bir-birinə qoşularaq qaçması və 2 ay öncə toylarının olması haqda reportaj yayımlanıb. Məsələdə diqqətçəkən məqam isə gəlinin nikah yaşına çatmaması və özündən 2 dəfə böyük olan 32 yaşlı şəxslə ailə həyatı qurmasıdır.

Paylaş:
749

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər