DİN və Pentensiar Xidmət birgə əməliyyat keçirib, silah aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN və Pentensiar Xidmət birgə əməliyyat keçirib, silah aşkarlanıb

13:44 - 01 / 02 / 2024
DİN və Pentensiar Xidmət birgə əməliyyat keçirib, silah aşkarlanıb

Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib.

Pentensiar Xidmətdən 1news.az-a verilən xəbərə görə, yanvarın 31-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Zahid Balakərim oğlu Cəbrayılova məxsus bir ədəd “Karabin” markalı odlu silah və 2 ədəd güllə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
215

Son xəbərlər

Bütün xəbərlər