AYİB-lə dövlət zəmanəti olmadan kreditin ayrılması barədə müqavilə imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AYİB-lə dövlət zəmanəti olmadan kreditin ayrılması barədə müqavilə imzalanıb

Qafar Ağayev20:55 - 01 / 02 / 2024
AYİB-lə dövlət zəmanəti olmadan kreditin ayrılması barədə müqavilə imzalanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında dövlət zəmanəti olmadan “Handysize” tipli 2 quru yük gəmisinin maliyyələşməsi üzrə kredit müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyindən 1news.az-a bildiriblər ki, bununla əlaqədar keçirilmiş tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov, AİH-in baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev, AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos və AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidze iştirak ediblər.

Kredit müqaviləsini AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos imzalayıblar.

Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir. Kredit müqaviləsi 2 tranşdan ibarət olmaqla, gəmilərin alınmasının 70 faizinin AYİB tərəfindən ayrılan kredit vəsaiti, 30 faizinin isə ASCO-nun daxili imkanları hesabına maliyyələşməsini nəzərdə tutur.

Tədbirdə ölkəmizdə həyata keçirilən layihələrə, eləcə də qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan nəqliyyat və tranzit yükdaşımaları sahəsində icra edilən irimiqyaslı layihələrə beynəlxalq maliyyə institutları, o cümlədən AYİB tərəfindən göstərilən marağın və müxtəlif maliyyələşmə alətləri ilə verilən dəstəyin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, AYİB tərəfindən dövlət zəmanəti olmadan birbaşa ASCO-ya kreditin ayrılması Azərbaycanda səhmləri dövlətə məxsus olan müəssisələrdə aparılan uğurlu islahatların, beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunun, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsinin göstəricisidir.

Diqqətə çatdırılıb ki, AYİB ilə yeni əməkdaşlıq gəmiçiliyin inkişafında yeni mərhələdir və bu gün imzalanan kredit müqaviləsi QSC-nin fəaliyyət coğrafiyasının genişləndirilməsinə. ölkəmizin Xəzərdən kənarda yükdaşıma potensialının daha da artırılmasına xidmət edir.

Bundan başqa, ASCO ilə əməkdaşlıq çərçivəsində imzalanan kredit müqaviləsi qlobal iqlim dəyişiklikləri üzrə çağırışların icrasına da müsbət töhfə verəcək. Belə ki, kredit müqaviləsi Beynəlxalq Dənizçilik Təşkilatının son ekoloji tələblərinə cavab verən müasir quru yük gəmilərinin alınmasını nəzərdə tutur.

Paylaş:
157

Son xəbərlər

“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17
Bütün xəbərlər