Xankəndidə pulemyot, avtomat və qumbara aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə pulemyot, avtomat və qumbara aşkarlanıb

09:47 - 01 / 02 / 2024
Xankəndidə pulemyot, avtomat və qumbara aşkarlanıb

Polis əməkdaşları Xankəndidə silah-sursat aşkarlayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara alışdırıcısı, 42 ədəd patron darağı, 2256 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər