Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var - Hava PROQNOZU | 1news.az | Xəbərlər
Cəmiyyət

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var - Hava PROQNOZU

12:49 - 01 / 02 / 2024
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var - Hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında fevralın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Paylaş:
155

Son xəbərlər

Bütün xəbərlər