Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub

13:26 - 03 / 02 / 2024
Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub

Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, ailəsi tərəfindən yanvarı 13-dən itkin düşdüyü qeyd edilən Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızının Bakı şəhərində olduğu qeyd edilib. Ailəsinə məlum olub ki, Aygül Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Bu barədə onun həyat yoldaşı bildirib. Onlar bu barədə polisi də məlumatlandırıb.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər