Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb
Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb.
1news.az məlumatlı mənbəyə istinadən xəbər verir ki, Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.
Müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.
Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.
Qeyd edək ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez olurlar. Belə ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub.
Bütün bunlar Avropa strukturlarının bu ərazidə kəşfiyyat apardığını göstərə bilər.v