Narkokuryerliklə məşğul olan şəxslərdə 3 kiloqram heroin aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkokuryerliklə məşğul olan şəxslərdə 3 kiloqram heroin aşkarlanıb

13:28 - 05 / 02 / 2024
Narkokuryerliklə məşğul olan şəxslərdə 3 kiloqram heroin aşkarlanıb

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində narkokuryerliklə məşğul olan 21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elxan Həsənov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, onlardan ümumilikdə 2 kiloqram heroin və 1 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat nəticəsində güclü təsiredici həblərin satışı ilə məşğul olan 1948-ci il təvəllüdlü Arif Abasov da saxlanılıb. Həmin şəxsdən ümumilikdə 400 ədəd satışı qadağan olunan tramadol həbi aşkarlanıb. Arif Abasovun həbləri əldə etdiyi mənbənin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər