“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib

14:30 - 05 / 02 / 2024
“Wikipedia”da azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib

“Azercell Telekom” MMC, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə həyata keçirdiyi “WikiTeam for ICT” layihəsi yekunlaşıb.

5 ay davam edən layihə çərçivəsində platformada azərbaycanca İKT ilə bağlı 600-dən çox məqalə yerləşdirilib.

Layihənin ilkin mərhələsində Azərbaycanda İKT üzrə şirkətlərin siyahısı hazırlanıb, daha sonra onların dəqiq fəaliyyət növü müəyyən edilərək, haqlarında dolğun məlumatlar bölgülər üzrə “Wikipedia” platformasında yerləşdirilib. Bu istiqamətdə “Wikipedia”da 4 dildə - azərbaycan, türk, rus və ingilis dillərində kateqoriya və siyahılar yaradılıb.

“WikiTeam for ICT” in əsas məqsədi “Wikipedia” platformasında İKT yönümlü dövlət və özəl sektor iştirakçılarını bir araya gətirən ekosistemin qurulması idi. Layihə investor və şirkətlərin Azərbaycanın İKT ekosisteminə rahat çıxışının təmin olunması üçün mövcud sahədə faydalı kontentin yaradılması, internet resurslarında, xüsusən də “Wikipedia”da məqalələrin kateqoriyalar üzrə siyahılandırılmasında dəstəkçi rolunda çıxış edirdi. Bu tip layihələr axtarış və süni intellekt sistemlərində Azərbaycanın İKT ekosisteminin əlçatanlılığının təmin olunmasında mühüm rol oynayır.

Reklam hüququnda

Paylaş:
531

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər