Nazir müavini: “Azərbaycanda orta aylıq pensiya məbləğinin 485 manata çatacağı proqnozlaşdırılır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir müavini: “Azərbaycanda orta aylıq pensiya məbləğinin 485 manata çatacağı proqnozlaşdırılır”

16:29 - 05 / 02 / 2024
Nazir müavini: “Azərbaycanda orta aylıq pensiya məbləğinin 485 manata çatacağı proqnozlaşdırılır”

Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə illik əlavə olaraq 7 milyard manat vəsait ayrılıb.

1news.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 71,3 faiz, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın, ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə artıb. Həmçinin 2018-2023-cü illərdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, yaşa görə orta aylıq pensiyada 2 dəfə artım baş verib, pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb.

Bildirilib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” Qanunla 6,5 milyard manat vəsait nəzərdə tutulub.

Naziri müavini deyib ki, 2023-cü ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşma tətbiq olunur. Hazırki indeksasiya əsaslı pensiya artımı da digər pensiyaçılarla yanaşı, qulluq stajına görə pensiyalarına əlavələr təyin edilmiş pensiyaçıları (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və s.) da əhatə edir:

“Yeni Sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur”.

Paylaş:
185

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər