Məntəqə sədri: seçici aktivliyi müşahidə olunur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məntəqə sədri: seçici aktivliyi müşahidə olunur - FOTO

Qafar Ağayev13:14 - 07 / 02 / 2024
Məntəqə sədri: seçici aktivliyi müşahidə olunur - FOTO

17 saylı Yasamal 3 seçki dairəsinin 1 saylı seçki məntəqəsinin sədri Süleyman Məmmədov məntəqədə seçici sıxlığının müşahidə olunduğunu bildirib.

1news.az-a açıqlamasında sədr qeyd edib ki, məntəqənin dislokasiyasında 1374 seçici qeydiyyata alınıb:

“Məntəqədə hər şey qaydasındadır. Səhər saatlarından etibarən insanlar səs vermək üçün məntəqəyə yaxınlaşır. Bu vaxta qədər heç bir problemli hal müşahidə edilməyib. İndiyə olan məlumata görə, göstəricilər yaxşıdı. 600-dan çox seçici artıq səs verib”.

Foto: Nadir İbrahimli

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər