Azərbaycan Könüllüləri növbədənkənar Prezident seçkilərini müşahidə edir
Azərbaycan Könüllüləri növbədənkənar Prezident seçkilərini müşahidə edir.
1news.az xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının üzvləri bu gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində müşahidəçi olaraq fəaliyyət göstərirlər.
Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş bir dövlətin vətəndaşları olaraq seçkidə iştirak edir. Vətəndaş vəzifəsi və məsuliyyətini dərk edən Azərbaycan Könüllüləri seçki prosesinə töhfə vermək məqsədilə seçki qanunvericiliyinə uyğun olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqının təmsilçiləri qismində seçkiləri müşahidə edirlər.
Qeyd edək ki, könüllülər Bakı şəhəri və bölgələrdə, həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində növbədənkənar Prezident seçkilərini müşahidə edirlər.