Dəm qazından zəhərlənən hərbçi öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəm qazından zəhərlənən hərbçi öldü

17:35 - 07 / 02 / 2024
Dəm qazından zəhərlənən hərbçi öldü

Mingəçevirdə dəm qazından zəhərlənən hərbçi dünyasını dəyişib.

1news.az-ın "Unikal"a istinadən məlumatına görə, bir neçə gün əvvəl Mingəçevir şəhəri Günəşli yaşayış massivində yerləşən evinin hamam otağında zəhərlənərək komaya düşən 1983-cü il təvəllüdlü hərbçi Nəbiyev Hakim Hüseyn oğlu bu gün xüsusi rejimdə saxlanıldığı xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, mərhum iki övlad atasıdır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər