Növbədənkənar prezident seçkiləri üzrə səsvermə başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbədənkənar prezident seçkiləri üzrə səsvermə başa çatıb

Qafar Ağayev19:00 - 07 / 02 / 2024
Növbədənkənar prezident seçkiləri üzrə səsvermə başa çatıb

Bakı vaxtı ilə saat 19:00-da Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə başa çatıb.

1news.az xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçicilərin 70.85 faizinin yəni, 4 milyon 590 min 75 nəfər səs verdiyi bildirib.

Seçkilərdə 7 namizəd prezident olmaq uğrunda mübarizə aparır.

Həmin namizədləri təqdim edirik:

Yeni Azərbaycan partiyasının namizədi İlham Əliyev;

Öz təşəbbüsü ilə namizəd olan Zahir Oruc;

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev;

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası namizədi Qüdrət Həsən Quliyev;

Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa;

Böyük Azərbaycan partiyasının namizədi Elşad Musayev:

Öz təşəbbüsü ilə namizəd olan Fuad Əliyev.

Qeyd edək ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri qurulub və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək.

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər