Ağsuda 12 yaşlı qız dəm qazından öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda 12 yaşlı qız dəm qazından öldü

19:29 - 07 / 02 / 2024
Ağsuda 12 yaşlı qız dəm qazından öldü

Ağsuda dəm qazından ölüm hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən məlumatına görə, Ağsu şəhər S.Rzayev küçəsində yaşayan 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı hamam otağında dəm qazından zəhərlənib.

O, Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada göstərilən ilkin tibbi yardıma baxmayaraq 12 yaşlı qız xəstəxanada dünyasını dəyişib.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər