69 yaşlı kişi seçki məntəqəsində qəfil vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

69 yaşlı kişi seçki məntəqəsində qəfil vəfat edib

09:36 - 08 / 02 / 2024
69 yaşlı kişi seçki məntəqəsində qəfil vəfat edib

Fevralın 7-də Kürdəmir rayonunda növbədənkənar prezident seçkilərində səs vermək üçün gələn vətəndaş məntəqədə ölüb.

1news.az "Report"a istinadən xəbər verir ki, rayonun Carlı kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov Carlı kənd orta məktəbinin binasında yerləşən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsinin 63 saylı seçki məntəqəsində səs vermək üçün gəldiyi vaxt məntəqədə ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər