Daha iki avtobus nağdsız ödəniş sisteminə keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha iki avtobus nağdsız ödəniş sisteminə keçir

Qafar Ağayev17:28 - 09 / 02 / 2024
Daha iki avtobus nağdsız ödəniş sisteminə keçir

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

1news.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, fevralın 10-dan Zığ qəsəbəsi – "Neftçilər" metro stansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci kilometr bazarı” ilə əlaqələndirən 214 nömərli şəhərətrafı müntəzəm marşrutları nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Paylaş:
213

Son xəbərlər

Bütün xəbərlər