Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

Şəmkirdə evdə partlayış olub.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.
Hadisə nəticəsində qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
21 yaşlı gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
329