MSK prezident seçkilərinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək
Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı iclası keçiriləcək
1news.az-ın xəbərinə görə, MSK prezident seçkilərinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək.
Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.
Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
395