Ecazkar qəhvə ətri artıq iki ünvandan yayılır! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ecazkar qəhvə ətri artıq iki ünvandan yayılır! - FOTO

13:57 - 12 / 02 / 2024
Ecazkar qəhvə ətri artıq iki ünvandan yayılır! - FOTO

Premium dondurmaları və eksklüziv kofeləri ilə tanınan "Luca Polare"in Bakıda yeni qəhvəsinin açılışı oldu.

Bu, Gürcüstanın 5 şəhərində 23 ünvanda fəaliyyət göstərən kafelər zəncirinin Bakıdakı ikinci belə şöbəsidir. Artıq 15 ildir ki, Gürcüstanda fəaliyyət göstərən "Luca Polare" ötən ilin avqust ayında Bakıda Malakan bağı yaxınlığındakı (Rəsul Rza 15N küçəsi) ilk şöbəsinin açılışı ilə diqqətləri üstünə çəkməyi bacarmışdı. Xüsusi reseptli, bol çeşidli dondurmaları ilə qısa müddətdə qonaqlarının sevimli məkanına çevrilən “Luca Polare”in Bakıdakı növbəti ünvanı isə Globus Plazanın yaxınlığında (Bəsti Bağırova 26B) yerləşir.

İtalyan reseptlərindən istifadə edən brendin hazırda 100-ə yaxın dondurma növü var. Dondurmaların hazırlanmasında təzə süd, meyvə kimi 100% təbii inqridiyentlərdən istifadə edilir. Bakıda brendin ən çox sevilən dondurmalarından olan paxlavalı dondurma isə xüsusilə yerli istehlakçılar üçün hazırlanıb. Məhsulların hazırlanmasında dad və rəng üçün heç bir əlavə qatqıdan istifadə edilmir ki, bu da onları daha çox sevdirən növbəti amildir. Brend xüsusi pəhrizdən istifadə edən istehlakçılarını də nəzərə alaraq hər kəsin öz premium dondurmalarından zövq alması üçün qlütensiz və veqan seçimləri də təklif edir.

Brendinn ikinci əsas məhsulu isə eksklüziv kofeləridir. Qəhvələrinin bu qədər ləzzətli olmasının səbəbi ənənəvi üsullarla qovrulmuş qəhvə dənələri və professional təlimlərdən keçmiş bacarıqlı baristalarıdır.

“Luca Polare”in əsas məqsədi qonaqlarına gündəlik həyatlarında evdə hiss edəcəkləri qədər rahat, dostlarla xoş vaxt keçirəcəkləri qədər əyləncəli, görüş keçirəcəkləri qədər sakit, dondurma, kofe və digər məhsullarından ləzzət alacaqları qədər zövqlü və dadlı bir məkan yaratmaqdır. Bunu onların bütün məkanlarında rahatlıqla hiss etmək olar.
Günə daha enerjili başlamaq, ya da günün yorğunluğunu çıxarmaq üçün rahat bir yer axtarırsınızsa, axtardığınız yer elə “Luca Polare”dir. Dostlarla maraqlı görüşlər təşkil etmək istəsəniz, ya da sadəcə olaraq sakit atmosferdə dincəlmək istəsəniz bura sizin ən sevimli məkanınız ola bilər. Xüsusi qonaqlarınızı paxlavalı dondurma kimi xüsusi reseptlərlə təəccübləndirmək “Luca Polare”xüsusi bacarıqlarından sadəcə biridir. Burada rahat, xoşbəxt və dinc olmaq üçün dondurmadan qəhvəyə, peçenyələrdən tortlara, sendviçlərdən salatlara qədər onlarla səbəb tapa bilərsiniz. Üstəlik notbukunuzu da götürərək burada işlərinizi rahat formada həll edə bilərsiniz. Sizi əmin edirik, işdən heç vaxt buradakı qədər zövq almayacaqsınız.

İndi isə yeni ünvanı ilə birlikdə "Luca Polare"in özünəxas dondurmaları, ləzzətli kofeləri və rahatlığı sizin üçün daha əlçatan olacaq.

Reklam hüququnda

Paylaş:
426

Son xəbərlər

Yağıntılı hava müşahidə olunur - Faktiki havaBu gün, 17:50AQTİ mütəxəssisləri xaricdə fəaliyyət göstərən qida obyektlərinin qiymətləndirilməsini davam etdirirBu gün, 17:49Tailand Kralı İlham Əliyevə təbrik məktubu göndəribBu gün, 17:41Bakıda Azərbaycan və Türkiyə gəncləri arasında “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” forumu keçirilib - FOTOBu gün, 17:34Tailandın Baş naziri İlham Əliyevi təbrik edibBu gün, 17:31Azərbaycanda ov mövsümü başa çatırBu gün, 17:26Hikmət Hacıyev: “Ermənistan Xocalı soyqırımına və digər qanunsuz hərəkətlərə görə dövlət olaraq məsuliyyət daşıyır”Bu gün, 17:21Sumqayıtda yaşayış binasında yanğın olubBu gün, 17:09Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs məsuliyyətə cəlb olunubBu gün, 17:05Türkiyənin sabiq Prezidenti İlham Əliyevə məktub ünvanlayıbBu gün, 16:58Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən sürücülər saxlanılıbBu gün, 16:56Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətinin 15 illiyi münasibətilə təbrik edibBu gün, 16:49İKTA tərəfindən uçota alınan internet provayderlərin sayı artıbBu gün, 16:41Naxçıvanda ötən il 570 kiloqrama yaxın narkotik vasitə ələ keçirilibBu gün, 16:32Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunurBu gün, 16:18Azad edilmiş ərazilərdə tikintisi ilə məşğul olan sahibkarlar üçün güzəşt müəyyənləşibBu gün, 16:03Ağdamda partlamamış döyüş sursatları aşkar edilib - VİDEOBu gün, 15:56İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunubBu gün, 15:43“Qarabağ”ın rəqibi müəyyənləşibBu gün, 15:20Çoxdan gözlənilən Tank 500 Hibrid artıq satışdadır - FOTOBu gün, 15:00
Bütün xəbərlər