Agentlik: Bakı-Quba yolunun əks istiqaməti üzrə ikitərəfli hərəkət təmin olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Agentlik: Bakı-Quba yolunun əks istiqaməti üzrə ikitərəfli hərəkət təmin olunacaq

Qafar Ağayev11:44 - 12 / 02 / 2024
Agentlik: Bakı-Quba yolunun əks istiqaməti üzrə ikitərəfli hərəkət təmin olunacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq fevralın 13-ü saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Paylaş:
353

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər