Sürücülük hüququ olmadan avtomobil idarə edən narkotik aludəçisi ifşa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülük hüququ olmadan avtomobil idarə edən narkotik aludəçisi ifşa olunub

Qafar Ağayev14:05 - 13 / 02 / 2024
Sürücülük hüququ olmadan avtomobil idarə edən narkotik aludəçisi ifşa olunub

Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxsin qanunazidd əməllərinin qarşısı alınıb.

1news.az xəbər verir ki, Neftçala rayon sakini Araz Abdullayevin idarə etdiyi “Jiquli” markalı avtomobil Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda xidmət edən YPX əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı həmin şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.

Bununla yanaşı, sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə və araşdırma zamanı Araz Abdullayevin narkotik maddə qəbul etməsi, eləcə də eyni əmələ görə bir müddət əvvəl də inzibati məsuliyyətə cəlb olunması müəyyən edilib.

Özü ilə yanaşı digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan Araz Abdullayev məhkəmənin qərarı ilə 30 gün müddətində inzibati qaydada həbs edilib.

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər