Ötən il sahibkarlar istehlakçılara 620 min manata yaxın vəsaiti geri qaytarıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il sahibkarlar istehlakçılara 620 min manata yaxın vəsaiti geri qaytarıb

Qafar Ağayev14:44 - 13 / 02 / 2024
Ötən il sahibkarlar istehlakçılara 620 min manata yaxın vəsaiti geri qaytarıb

2023-cü il ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların 2861 müraciəti təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında deyilir.

Ötən il təmin olunan müraciətlər üzrə 618 min 304 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara geri qaytarılıb: “Bu da 2022-ci illə müqayisədə 83 faiz artım deməkdir”.

Paylaş:
286

Son xəbərlər

Bütün xəbərlər