Kamran Əliyev BMT-nin rezident əlaqələndiricisini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev BMT-nin rezident əlaqələndiricisini qəbul edib

Qafar Ağayev16:35 - 13 / 02 / 2024
Kamran Əliyev BMT-nin rezident əlaqələndiricisini qəbul edib

Fevralın 13-də Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qonaqları salamlayan Kamran Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Birləşmiş Millətlər Təşkilatı və onun qurumları arasında münasibətlərin yüksək səviyyədə olmasını bildirib.

Baş prokuror həmçinin, dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva səmimi qəbula görə təşəkkürünü bildirərək, ölkəmizin sədrliyi çərçivəsində təşkil olunacaq COP29 kimi nüfuzlu beynəlxalq konfransın önəmindən və dünya dövlətlərinin üzləşdiyi qlobal ekoloji problemlərin həllinə töhfəsindən danışıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən Baş Prokurorluqla BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq və sair məsələlər ətrafında faydalı müzakirələr aparılıb.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər