Məzahir Pənahov: “Beynəlxalq hüquq tərəfindən tanınan bütün ərazilərimizdə ilk dəfə seçki keçirildi”
"Beynəlxalq hüquq tərəfindən tanınan bütün ərazilərimizdə ilk dəfə seçki keçirildi"
1news.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri ilə əlaqədar iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, “Azad edilmiş ərazilərdə səsvermə təşkil olundu. Bu seçkilər Zəfər seçkiləri oldu. Bizim Laçın, Şuşa, Zəngilanın Ağalı kəndi və digər ərazilərimizdə daimi yaşayan vətəndaşlarımız və orada çalışanlar üçün şərait yaradıldı. Azad edilmiş ərazilərdə 26 məntəqə yaratmaq zərurəti ortaya çıxdı. Xüsusilə Xankəndi şəhərində məntəqənin yaradılması çox yüksək səviyyədə həyata keçirildi. Komissiyaların öz fəaliyyətini Seçki Məcəlləsinin tələbinə uyğun qurması üçün müvafiq şərait yaradıldı”.