“Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu birlik daimi olmalıdır” – Dövlət başçısı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu birlik daimi olmalıdır” – Dövlət başçısı

17:53 - 14 / 02 / 2024
“Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib, bu birlik daimi olmalıdır” – Dövlət başçısı

Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib.

1news.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.

Bizi birləşdirən ümummilli məsələnin Qarabağın azad edilməsi olduğunu xatırladan dövlət başçısı qeyd edib: “Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır”.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər