3 nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
3 nəfəri qəsdən öldürməkdə, 1 nəfəri öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə 1news.az-a Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, ötən il iyulun 3-də Abşeron rayonu ərazisində 4 nəfərə balta ilə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
"İbtidai istintaqla 1974-cü il təvəllüdlü Sərxan Həşimovun Abşeron rayonu, Digah qəsəbəsi, Q.Qarayev küçəsi ərazisində qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya balta ilə çoxsaylı xəsarətlər yetirməklə onları xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Ələsgər Hüseynova həmin balta ilə çoxsaylı xəsarətlər yetirməklə xuliqanlıq niyyətilə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda vurğulanıb.