Muxtar Babayev: Azərbaycanda elektromobillərin sayında artım müşahidə olunur
“2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 20 dəfə çox elektromobil idxal olunub”.
1news.az xəbər verir ki, bunu Bakıda "Vergi sistemi yeni inkişaf dövründə: Davamlı iqtisadiyyat üçün strateji hədəflər" mövzusunda keçirilən forumda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Muxtar Babayev bildirib.
“ 2019-cu ildə Azərbaycanda mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına tətbiq olunan vergi güzəştləri ölkəyə elektromobillərin idxalında artımına gətirib çıxarıb".
"Eyni zamanda bu yaxınlarda qəbul olunan köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində avtomobil sahiblərinə güzəştlər təklif etməklə yerli avtomobil istehsalı, ekoloji dayanıqlılıq və təkrar emal təşviq edilir” - deyə, nazir əlavə edib.