Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir

Qafar Ağayev11:29 - 15 / 02 / 2024
Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir

Azərbaycanda 32 minə yaxın müəllimin əməkhaqqına əlavələr ödənilir.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq əməkhaqqına şagird sayından asılı olaraq əlavələr tətbiq edilir: "Əməkhaqqına əlavələrin tətbiq edildiyi direktorların rəhbərlik etdiyi müəssisələrdəki şagird sayı ölkədəki bütün şagirdlərin 64% -ni təşkil edir. Bundan başqa, təhsilverənlərin sertifikatlaşdırılması nəticələrinə müvafiq olaraq keçən il 23 mindən çox, 2022-ci ildəkilərə görə isə 9 minə yaxın müəllimin əməkhaqlarına əlavələr tətbiq olunub".

Paylaş:
368

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər