“SABAH.HUB” ilk dəfə “University Demo Day” tədbirini keçirmişdir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“SABAH.HUB” ilk dəfə “University Demo Day” tədbirini keçirmişdir - FOTO

14:30 - 16 / 02 / 2024
“SABAH.HUB” ilk dəfə “University Demo Day” tədbirini keçirmişdir - FOTO

15 fevral 2024-cü il tarixində “SABAH.HUB” çətiri altında yer alan SABAH.academy platforması çərçivəsində ilk “University Demo Day” tədbiri həyata keçirilmişdir.

Ekosistemin investor və startaplarını birləşdirən Baku ID tədbirinin son 2 ildə baş tutan uğurlu nəticələrindən sonra bu il yenidən həyata keçirilməsi gözlənilir. “University Demo Day” Baku ID tədbirlər silsiləsinə aiddir.

Tədbirin əsas məqsədi SABAH.academy tələbələrinin sahibkarlıq ruhunu inkişaf etdirməklə yanaşı, əsas nəaliyyətlərini tərəfdaşlara nümayiş etdirməkdir. Beləliklə, bu tədbir sadəcə bir yarışma olmağa deyil, gələcək sahibkarlar nəslini yetişdirmək və həmçinin Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə yönəlmişdir.

“University Demo Day” tədbirinin baş sponsoru qismində “Code Academy”, sponsorlar kimi isə “Baku Electronics” və “Uniwork” şirkətləri yer alıb.

Təqdimat zamanı çıxışlar dörd universitet (BDU, AzTU, UNEC SABAH qrupları və DİA) tələbələrinin iştirakı ilə baş tutmuşdur. İki turdan ibarət olan yarışmaya ümumilikdə 19 komanda qoşulmuşdur, final mərhələsinə isə beş komanda yüksəlmişdir. Sonda 5 komanda arasından üçü qalib elan edilmişdir, qalib komanda üzvləri SABAH.academy tərəfindən sertifikatlarla və aşağıdakı hədiyyələrlə təltif olunmuşdur.:

· 1-ci yerin qalibi – UNEC SABAH qruplarının “Xeyir” komandası, baş sponsor
“Code Academy” tərəfindən bütün komanda üzvlərinə ödənişsiz təhsil imkanı.

· 2-ci yerin qalibi – UNEC SABAH qruplarının “HireFire” komandası, sponsor
“Baku Electronics” tərəfindən bütün komanda üzvlərinə 300 AZN-lik hədiyyə kuponu.

· 3-cü yerin qalibi – BDU-nun “EduWiz” komandası, sponsor “UniWork” tərəfindən bütün komanda üzvlərinə çalışma zonasından 2 aylıq ödənişsiz istifədə fürsəti.

Tədbirdə 200-dən çox qonaq iştirak edib. Qonaqlar qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun rəsmiləri, həmçinin ali təhsil müəssisələrinin, sponsorların, aparıcı şirkətlərin və startap ekosisteminin bir sıra nümayəndələri yer almışdır.

Qeyd edək ki, SABAH.academy Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmış, Azərbaycan Respublikası Təhsil İnstitutu və beynəlxalq biznes məktəbi olan IE Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. SABAH.academybir təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək, onları hər kəs üçün əlçatan edir.

SABAH.academy platformasının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.sabahhub.com veb-saytına keçid edin.

Reklam hüququnda

Paylaş:
641

Son xəbərlər

14 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək13 / 12 / 2024, 18:22Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI13 / 12 / 2024, 18:06Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO13 / 12 / 2024, 17:54Yevlaxda toyda baş verən qətlə görə 20 yaşlı oğlana 18 il həbs cəzası verilib13 / 12 / 2024, 17:43Sumqayıtda fəhlə iş zamanı ölüb13 / 12 / 2024, 17:29Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib13 / 12 / 2024, 17:16Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib13 / 12 / 2024, 17:05Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib13 / 12 / 2024, 16:56Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib13 / 12 / 2024, 16:35İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib13 / 12 / 2024, 16:31Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı13 / 12 / 2024, 16:28Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb13 / 12 / 2024, 16:27ETSN sözçüsü: hava xəbərdarlıqları baş verə biləcək təhlükələrdən qorunmaq üçündür13 / 12 / 2024, 16:25Azərbaycanın İrandakı Səfirliyinin konsulluq xidməti fəaliyyətini bərpa edir13 / 12 / 2024, 16:21Bakıda 4 marşrutun hərəkət sxemi dəyişiklik, yeni marşrut xətti istifadəyə verilir13 / 12 / 2024, 16:09Fransaya yeni Baş nazir təyin edildi13 / 12 / 2024, 16:07Köç karvanı Xocalının Ballıca kəndinə çatıb - FOTO - YENİLƏNİB13 / 12 / 2024, 15:56Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir13 / 12 / 2024, 15:27Hərbi xidmətdən boyun qaçıran şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılacaq13 / 12 / 2024, 15:26Çağırışçılarla bağlı yeni cərimələr müəyyənləşir13 / 12 / 2024, 15:23
Bütün xəbərlər