Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Qafar Ağayev14:15 - 16 / 02 / 2024
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər