İlham Əliyev Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyev Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi ilə görüşüb - YENİLƏNİB

12:38 - 17 / 02 / 2024
İlham Əliyev Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi ilə görüşüb - YENİLƏNİB

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

1news.az xəbər verir ki, Con Kerri dövlət başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcək.

Dövlət başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd etdi, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırıb.

Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğulayıb. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırıb.

12:04

Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
388

Son xəbərlər

Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:53“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub14 / 10 / 2024, 17:33İlham Əliyev Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:21Prezident Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:04Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?14 / 10 / 2024, 16:46IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib - FOTO14 / 10 / 2024, 16:14Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib14 / 10 / 2024, 15:57COP29 - təhlükəsiz, inklüziv və davamlı gələcək naminə platforma14 / 10 / 2024, 15:38Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib14 / 10 / 2024, 15:35Dövlət başçısı bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edib14 / 10 / 2024, 15:26Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür14 / 10 / 2024, 15:10XİN: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır”14 / 10 / 2024, 14:48Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO14 / 10 / 2024, 14:31Sabirabad sakininin 135 min manatdan çox pulu ələ keçirilib14 / 10 / 2024, 14:03Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib14 / 10 / 2024, 13:40Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB14 / 10 / 2024, 13:16Sabahın hava proqnozu14 / 10 / 2024, 12:41İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul edib - FOTO14 / 10 / 2024, 12:38Sevinc Fətəliyeva: “Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun isə lider dövlətidir”14 / 10 / 2024, 12:12
Bütün xəbərlər