Azərbaycan məktəblisi beynəlxalq proqramlaşdırma müsabiqəsindən qızıl medal qazanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan məktəblisi beynəlxalq proqramlaşdırma müsabiqəsindən qızıl medal qazanıb

Qafar Ağayev14:15 - 19 / 02 / 2024
Azərbaycan məktəblisi beynəlxalq proqramlaşdırma müsabiqəsindən qızıl medal qazanıb

9-18 fevral tarixlərində Rumıniyada məktəblilərin onlayn formatda VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi təşkil edilib.

1news.az xəbər verir ki, 13 ölkədən 135 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar.

Belə ki, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər.

Məktəblilərimiz sözügedən yarışda ilk dəfədir ki, qızıl medal qazanır.

Qeyd edək ki, bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.

Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.

Paylaş:
446

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər