DİN, məktəb və BŞTİ məktəbli qızın etdiyi qeyri-etik hərəkətlərlə bağlı məlumat yaydı: “Nəzarətə götürülüb” | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN, məktəb və BŞTİ məktəbli qızın etdiyi qeyri-etik hərəkətlərlə bağlı məlumat yaydı: “Nəzarətə götürülüb”

Qafar Ağayev23:18 - 19 / 02 / 2024
DİN, məktəb və BŞTİ məktəbli qızın etdiyi qeyri-etik hərəkətlərlə bağlı məlumat yaydı: “Nəzarətə götürülüb”

Sosial mediada məktəbli qızların başqa bir məktəbliyə qarşı qeyri-etik davranmalarına dair görüntülər yayılıb.

1news.az xəbər verir ki, ​​məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, videogörüntülərdən məlumatlıdırlar:

"Sözügedən hadisə nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır",- sorğuya cavabda qeyd olunub.

156 nömrəli məktəbdən 1news.az-a bildirilib ki, 156 nömrəli məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkiblər.

Qeyd olunub ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki,paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb.

Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Paylaş:
995

Son xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıbBu gün, 17:50Sergey Narışkin Bakıda səfərdədirBu gün, 17:44PAŞA Holding-in sponsorluğu ilə növbəti Bakı Beynəlxalq Piano Festivalı keçirilib - FOTOBu gün, 17:40Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib - FOTOBu gün, 17:36Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilibBu gün, 17:10Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə CAVABBu gün, 17:01Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıbBu gün, 16:58Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilirBu gün, 16:48İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİBBu gün, 16:40Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilibBu gün, 16:35Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilibBu gün, 16:21Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQBu gün, 16:11Buraxılış imtahanında yeni model tətbiq ediləcəkBu gün, 15:59Bakı metrosunda qatar yoluna düşən kişi ölübBu gün, 15:47Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEOBu gün, 15:35Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlləri qoyulubBu gün, 15:11Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaqBu gün, 15:00Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edibBu gün, 14:57İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsinBu gün, 14:44Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulubBu gün, 14:41
Bütün xəbərlər