Uşaq hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaq hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb

13:09 - 20 / 02 / 2024
Uşaq hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb

Yetkinlik yaşına çatmayanlar bir çox hallarda öz hərəkətlərinin məsuliyyətini dərk etmirlər. Lakin qanunvericilikdə yetkinlik yaşına çatmayanların hərəkətlərinin doğuracağı məsuliyyətlər öz əksini tapıb. İstənilən hərəkətin hüquqi nəticəsi olur.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, zorakılığa məruz qalan yetkinlik yaşına çatmayanlar belə hallarda hara müraciət etməli olduqlarını bilmirlər.

Taliyə İbrahimova deyib ki, uşaqlar arasında hüquqi maarifləndirməyə ehtiyac var:

“Dünən sosial şəbəkə platformalarında yetkinlik yaşına çatmayanların videosu yayıldı. Orada şəxsiyyətin alçaldılması, saçının kəsilməsi əks olunmuşdu. Bu əməllər məsuliyyət yaradır. Görünür, o əməli törədən uşaq əməlinin hüquqi məsuliyyət yaradacığını bilmir. Bəzən uşaqlar düşünürlər ki, onlar uşaqdırlar deyə məsuliyyətdən yayınacaqlar, valideynləri ilə görüşüləcək, profilaktik söhbət aparılacaq, vəssalam. Lakin uşaqlar bilməlidirlər ki, qanunla 15 yaşdan inzibati, 16 yaşdan törədilən əmələ görə cinayət məsuliyyəti yaranır”.

“Uşaq hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb və hazırda dövlət qurumları tərəfindən rəylər toplanılır. Həmin qanun layihəsindən irəli gələrək uşaqların bir-birinə qarşı bu cür aqressiv davranışının qarşısını almayan şəxslərə qarşı məsuliyyət nəzərdə tutulacaq. Eyni zamanda, təhsil müəssisələrində bu cür faktların vaxtında qarşısının alınması üçün xüsusi mexanizmin yaradılması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Paylaş:
246

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər