Təhqir olunan qızın nənəsi: Həmin qız çox Firondur, onunla bacarmırlar - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhqir olunan qızın nənəsi: Həmin qız çox Firondur, onunla bacarmırlar - VİDEO

Qafar Ağayev15:43 - 20 / 02 / 2024
Təhqir olunan qızın nənəsi: Həmin qız çox Firondur, onunla bacarmırlar - VİDEO

“Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”.

1news.az xəbər verir ki, bunu təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib:

“Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və Firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızının bibisi Qala məktəində direktor işləyib. Həmin qız çox Firondur, onunla bacarmırlar”.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər