Məktəbli qızın başqa bir qıza qarşı qeyri-etik davranışları ilə bağlı cinayət işi açıldı
Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
O, qeyd edib ki, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılmışdı.
Həmçinin oxuyun: DİN, məktəb və BŞTİ məktəbli qızın etdiyi qeyri-etik hərəkətlərlə bağlı məlumat yaydı: “Nəzarətə götürülüb”
Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı ailələri nəzarətə götürüb