Yüksək sürətli yolda təhlükə yaradan sürücü məsuliyyətə cəlb olunub
Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.
1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) məlumat yayıb.
Bildirilib ki, Bakı-Qazax avtomobil yolunda “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü - Ucar rayon sakini Qarakişi Kərimov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
"Qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb", - DYP-nin məlumatında qeyd edilib.
216