Taksilər barədə məlumatlar DYP-nin sisteminə ötürüləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksilər barədə məlumatlar DYP-nin sisteminə ötürüləcək

Qafar Ağayev17:42 - 21 / 02 / 2024
Taksilər barədə məlumatlar DYP-nin sisteminə ötürüləcək

Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək.

1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər