Azərbaycan rəsmisi COP26-nın prezidenti ilə enerji transformasiyası üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma ilə enerji transformasiyası sahəsində fəal əməkdaşlığı müzakirə edib.
1news.az xəbər evrir ki, bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"S.A.Şarma ilə videokonfrans formatında keçirdiyimiz görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 tədbiri üzrə təşkilati məsələlər və birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq", - deyə o qeyd edib.
254