Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən sürücülər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən sürücülər saxlanılıb

Qafar Ağayev16:56 - 23 / 02 / 2024
Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən sürücülər saxlanılıb

Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən və avtomobillərin konstruksiyasına dəyişikliklər edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən sürücülər müəyyən olunub. Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Bundan başqa, “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün şöbənin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılan sürücü, Cəlilabad rayon sakini Famil Abbasovun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyinə şübhələr yarandığı üçün onun müvafiq tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində həmin sürücünün narkotik vasitədən istifadə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Abbasov 2 il müddətində sürücülük hüququ məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə olunub.

Paylaş:
257

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər