Balakəndə polis reyd keçirdi, 58 nəfər barəsində tədbir görüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Balakəndə polis reyd keçirdi, 58 nəfər barəsində tədbir görüldü

Qafar Ağayev09:02 - 23 / 02 / 2024
Balakəndə polis reyd keçirdi, 58 nəfər barəsində tədbir görüldü

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət- profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, şəhərin küçə və prospektlərində, eləcə də təhsil müəssisələrinin qarşısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə sükan arxasına əyləşən intizamsız sürücülər aşkar olunub. Yanvar-fevral ayları ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında 27, sürücülük hüququ olmadan avtomobil idarə edən isə 58 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Həmçinin, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntuları törədən sürücülər müəyyən olunaraq barələrində inzibati protokollar tərtib edilib. Tədbir zamanı avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı da xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı ekoloji normalara cavab verməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər profilaktiki tədbirlər nəticəsində isə tütün məmulatlarından istifadə qaydalarını pozan, qapalı məkanlarda siqaret çəkən, qanunsuz küçə ticarəti ilə məşğul olan və məişət tullantılarını urnalardan kənara atan şəxslərlər müəyyən olunub. Son 2 ay ərzində bu istiqamətlərdə keçirilmiş tədbirlər nəticəsində tütün məmulatlarından istifadə qaydalarını pozan 268 nəfər, qanunsuz küçə ticarəti ilə məşğul olan 46 və ətraf mühiti çirkləndirən 22 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Paylaş:
298

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər